Minskdə “Azerbaijan: Land of Fire” beynəlxalq intellektual festivalı təşkil olundu » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət, Dünya

Minskdə “Azerbaijan: Land of Fire” beynəlxalq intellektual festivalı təşkil olundu

Minskdə “Azerbaijan: Land of Fire” beynəlxalq intellektual festivalı təşkil olundu


“Atəşgah” İntellektual Oyunlar Klubu, Azərbaycan İntellektual Oyunlar Federasiyası Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, eləcə də Avropa İntellektual Klublar Birliyinin dəstəyi ilə “Azerbaijan: Land of Fire” adlı beynəlxalq intellektual festivalını təşkil etdi.

Oxu.Az xəbər verir ki, festival Belarusun paytaxtı Minskdə Pekin Hoteldə Rusiya və Belarusdan olan 25 komandanın iştirakı ilə baş tutdu. Festivalın proqramına “Nə? Harada? Nə zaman?” və Milli intellektual oyunumuz olan “Xəmsə” daxil idi. Turnirin top redaktoru azərbaycanlı bilici Roman Orkodaşvili idi. Redaktorlar qrupuna Leonid Klimoviç, Dmitri Borok, Timur Barski və Aleksandr Korobeynikov da daxil idi. Tədbirin aparıcısı isə məşhur belaruslu bilici Ales Muxin oldu.

Azərbaycanla bağlı olan suallar bilicilərin xüsusi marağına səbəb olurdu. Gərgin mübarizədən sonra “Nə? Harada? Nə zaman?” oyunu üzrə MIDdle (Minsk) komandası birinci yerə sahib oldu. İkinci yerə “Summa Technologiae” (Minsk), üçüncü yerə isə həmin şəhərin “Страпелька” komandası yiyələndi.

“Xəmsə” oyunu üzrə birinci yerə Vitebskin “Ştandart” layiq oldu. Gümüş medalları Minskin “Summa Technologiae” komandası qazandı. Rusiyanın Zelenoqrad şəhərinin “Химера” komandası üçüncülüklə kifayətləndi.

Qaliblər kubok, medallar, diplomlar və Azərbaycanla bağlı suvenirlərlə mükafatlandırıldılar. Bütün iştirakçılara təşkilatçılar tərəfindən hədiyyələr təqdim olundu.

Festivalın təşkilat komitəsinin rəhbəri İlkin Yetirmişlinin sözlərinə görə, turnirin keçirilməsində məqsəd xarici biliciləri Azərbaycan xalqının zəngin tarixi və mədəni irsi ilə tanış etmək idi.

Qeyd edək ki, bu festival Azərbaycana həsr olunan sayca üçüncü tədbir idi. Riqada təşkil olunan ilk turnirdə MDB ölkələrindən çoxsaylı komandalar iştirak etmişdi. İkinci festival isə Sankt-Peterburq şəhərində təşkil olunmuşdu.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *