Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə yeni baş direktor təyin olundu
Azərbaycanın Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə yeni baş direktor təyin olunub.
Nəqliyyat Nazirliyindən Oxu.Az-a daxil olan məlumata görə, nəqliyyat naziri Ziya Məmmədovun 17 avqust 2015-ci il tarixli əmri ilə bu vəzifəyə Rüfət İmanov təyin edilib
Qeyd edək ki, əvvəllər Rüfət İmanov NİİM-in İnnovativ inkişaf və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.
Mənbə:> Oxu.Az