“Azerbaijan-Land of fire” beynəlxalq intellektual festivalı təşkil olunub » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

“Azerbaijan-Land of fire” beynəlxalq intellektual festivalı təşkil olunub – VİDEO

“Azerbaijan-Land of fire” beynəlxalq intellektual festivalı təşkil olunub


“Atəşgah” İntellektual Oyunlar Klubu Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Azerbaijan-Land of fire” adlı beynəlxalq intellektual festival təşkil edib.

Oxu.Az-ın xəbərinə görə, festival Azərbaycan İntellektual Oyunlar Federasiyasının egidası altında 9-10 iyul 2016-cü il tarixlərində Kalininqrad şəhərinin “Radisson” hotelində baş tutub.

Turnirdə xarici bilicilərdən təşkil olunmuş 24 komanda iştirak edib. Festivalın proqramına “Nə? Harada? Nə zaman?” və milli intellektual oyun olan “Xəmsə” üzrə yarışlar daxil edilib.

“Nə? Harada? Nə zaman?” yarışında I yeri “Все дело в перце”, II yeri “Теория чистых ожиданий”, III yeri isə “23 красное” komandası tutub. “Xəmsə” üzrə yarışda isə qalib “Sveiki” komandası olub. İkinci və üçüncü yerləri isə müvafiq olaraq “9 вал” və “Теория чистых ожиданий” komandaları tutub.

Yarışda istifadə olunan sual paketlərinin müəllifləri isə Beynəlxalq Klublar Assosiasiyasının sertifikatlaşdırılmış redaktorları Aleksandr Karabeynikov (Saratov), Dmitri Borok (Samara), Aleksandr Kudryavtsev (Nikolayev), Maksim Merzlyakov (Voronej), Timur Barskiy (Təl-Əviv), Dmitri Başuk (Xarkov) və Yevgeni Kalyukovdır (Moskva).

Festivalın aparıcısı tanınmış bilici İlya Novikovdur. Turniri Təşkilat komitəsinin sədri İlkin Yetirmişli açıq elan edib. Onun sözlərinə görə, festivalın keçirilməsində məqsəd əcnəbi biliciləri intellektual oyunlar vasitəsilə Azərbaycanın tarixi və mədəni irsi ilə tanış etməkdir.

Daha sonra çıxış edən Azərbaycan Prezidenti yanında Gənclər Fondunun sektor rəhbəri Orxan Ərəbov ölkəmizdə aparılan gənclər siyasətinin prioritet istiqamətlərindən biri kimi intellektual oyunların təşkilini qeyd edib. Orxan Ərəbov Gənclər Fondunun ölkəmizin populyarlaşdırılması istiqamətində atılan addımları gələcəkdə də dəstəkləyəcəyini vurğulayıb.

Festival iki gün davam edib. Turnirin bütün iştirakçılarına Azərbaycanla bağlı suvenir və hədiyyələr verilib. Festivalın qaliblərinə isə dəyərli mükafatlar, medallar və kuboklar təqdim olunub.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *