Azərbaycanın rayonlarının turist xəritələri hazırlanır » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Mədəniyyət

Azərbaycanın rayonlarının turist xəritələri hazırlanır

Azərbaycanın rayonlarının turist xəritələri hazırlanır

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Azərbaycan, rus və ingilis dillərində Xaçmazın turist xəritəsi hazırlanıb.

Oxu.Az-a nazirlikdən verilən məlumata görə, Xaçmaz rayonuna səyahət edən turistlər bu xəritə vasitəsilə rayonun təbii abidələri, kempinq əraziləri və turist düşərgələri, tarixi məkanları, regionun mətbəxi haqqında ətraflı məlumat əldə edə bilər.

Bələdçi xəritəsi görməli yerlərə (qədim məscidlər, körpülər, mədəni mərkəzlər və muzeylər) ən qısa marşrutu tapmağa köməklik etməklə rayonda olan mehmanxanalar, istirahət zonaları və restoranlar haqqında məlumatı əhatə edir.

Turistlər bu xəritənin köməkliyi ilə Xaçmazın məşhur görməli yerləri haqqında məlumatları əldə edə bilərlər: açıq səma altında “Tanınmış şəxsiyyətlər muzeyi” parkı, Xalça Muzeyi, Heydər Əliyev Muzeyi, H.Z.Tağıyevin inşa etdiyi qədim su qülləsi, İdman Olimpiya Kompleksi, Nabran zonasının planı və digərləri.

Xaçmazın turist xəritəsini ölkəmizdə fəaliyyət göstərən turizm informasiya mərkəzlərindən və Xaçmazda fəaliyyət göstərən mehmanxanalardan əldə etmək mümkündür.

Hazırda Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə - Gəncə, Masallı, Şəki, İsmayıllı və digər şəhər və rayonların turist xəritələrinin hazırlanması üzərində işlər davam etdirilir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *