2013-cü ilin mart ayından etibarən elektron turist vizası verilən əcnəbi vətəndaşların sayı 45 000-ə çatmışdır » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

2013-cü ilin mart ayından etibarən elektron turist vizası verilən əcnəbi vətəndaşların sayı 45 000-ə çatmışdır

2013-cü ilin mart ayından etibarən elektron turist vizası verilən əcnəbi vətəndaşların sayı 45 000-ə çatmışdır


Bildiririk ki, “Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2012-ci il tarixli, 2577 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədilə 2013-cü ilin 15 mart tarixindən Azərbaycan Respublikasına viza tələb olunan ölkələrdən turizm məqsədilə gələn xarici turistlərə elektron turist vizalarının verilməsi tətbiq edilir. 2013-cü ilin mart ayından etibarən elektron turist vizası verilən əcnəbi vətəndaşların sayı 45 000-ə çatmışdır.

AzNews.info xəbər verir ki, qeyd olunan bu sistemin yaradılmasına məqsəd ölkəmizə səfər etmək istəyən əcnəbi turistlərin rahat və tez bir zamanda turist vizası əldə etməsini təmin etmək, eləcə də turizm şirkəti turistlərin fərdi və qrup halında səfərlərinin təşkili zamanı tur paketin qiymətinin azalması və ölkəmizə turist axınını artırmaqdır. Bildiririk ki, Azərbaycan Respublikasının Xarici işlər Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyi elektron turist viza sisteminin təkmilləşdirilməsi istiqamətində mütəmadi olaraq müvafiq işlər görməkdədir. Hal-hazırda müvafiq qanunvericiliyə əsasən elektron turist vizası ən geci 10 gün ərzində verilir, lakin bunun 5 günə endirilməsi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi və Xarici İşlər Nazirliyi müvafiq işlər görür.

Bildirmək istəyirik ki, elektron turist vizasını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 iyun 2015-ci il tarixli, 247 nömrəli qərarı ilə təsdiq edilmiş "Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin akkreditasiyadan keçməsi Qaydası"nın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyindən akkreditasiyadan keçmiş turizm şirkətləri tərəfindən verilir. Bu turizm şirkətlərinin siyahısı Mədəniyyət və Turizm Nazirliyin, Xarici İşlər Nazirliyinin və Azərbaycanın xaricdə yerləşən səfirliklərinin veb səhifələrində yerləşdirilir. Qeyd olunan siyahı ilə aşağıdakı linkdən tanış ola bilərsiniz: http://azerbaijan.trpagavel/az/es/138/

Ölkəmizə turist qismində səfər etmək istəyən əcnəbi vətəndaş akkreditasiyadan keçmiş turizm şirkətlərinin hər birinə telefon, Email və ya turizm şirkətlərin veb səhifələrində yaradılmış imkanlardan istifadə edərək müraciət edir və tələb olunan sənədləri və 20 ABŞ dolları məbləğində dövlət rüsumunu ödəməklə ən geci 10 gün müddətinə email vasitəsi ilə elektron turist vizasını əldə edə bilirlər. Qeyd etmək istəyirik ki, elektron turist vizası pasporta yapışdırılmır.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *