Ərəblər Azərbaycandan yazdı » AzNews.info -Xəbər portalı

Ərəblər Azərbaycandan yazdı

Ərəblər Azərbaycandan yazdı


Birləşmiş Ərəb Əmirliyinin “Arabian Gazette” mətbu orqanında “Azərbaycan: Fars körfəzi ölkələrinin vətəndaşları üçün yeni sevimli istiqamət” sərlövhəli məqalə dərc olunub.

AzNews.info-nun məlumatına görə, məqalədə Azərbaycanda yeni turizm obyektləri və infrastrukturun yaradılması nəticəsində ölkəyə səfər edən turistlərin sayı getdikcə çoxaldığı və bu ilin yanvar-iyun ayları ərzində təkcə ərəb ölkələrindən gələn turistlərin sayı 30 dəfəyədək artdığı göstərilir.

Qeyd olunur ki, Azərbaycan regionun sabit ölkəsi olduğu üçün, müxtəlif ölkələr, o cümlədən ərəb ölkələrindən turistlər buraya səfər etməyə üstünlük verir. Bununla yanaşı, mətbəxi, insanların qonaqpərvərliyi, ümumi mədəni və dini oxşarlığa görə də ərəblər Azərbaycana üz tutur.

Bildirilir ki, bu il Fars körfəzi ölkələrindən xeyli sayda turist istirahət üçün məhz Azərbaycanı seçib. Yazıda Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə istinadən qeyd olunur ki, yanvar-iyun ayları ərzində ölkəmizə səyahət edən turistlərin sayı 30 dəfəyədək artıb. Prezident İlham Əliyevin strateji qərarından, yəni Fars körfəzi ölkələri vətəndaşları üçün viza rejiminin aradan qaldırılmasından sonra Azərbaycana bu regiondan səyahət edən turistlərin sayında dəyişiklik olub. Turistlər ölkəmizin gözəl iqlimi, havası, mədəniyyəti, mətbəxi, təbiəti və abidələrini tanıtmağa başlayıb. Azərbaycanda yeni turizm obyektləri və infrastrukturun yaradıldığını diqqətə çatdıran müəllif qeyd edir ki, turistlər paytaxt Bakı ilə yanaşı, Qəbələ, Quba, Naftalan və İsmayıllı daxil olmaqla, bütün rayonlara səfər edirlər.

Mədəniyyət və Turizm Nazirliyi yanvar-iyun aylarındakı göstəricilərinə əsasən, avqust-dekabr aylarına olan perspektivi müsbət qiymətləndirir. Nazirliyin proqnozuna əsasən, ilin sonunadək Azərbaycana körfəz ölkələrindən daha 30 min turist səfər edəcək. Gələcəkdə turistlərin işgüzar turizm, tibbi, macəra turizmi sahələrinə də maraq göstərəcəyi gözlənilir.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “Atlantis Holidays” şirkəti 2011-ci ildən etibarən Körfəz ölkələrindən turistlərin cəlb olunması və ümumi turist ziyarətlərinin artırılması, turistlərin ölkəmizə səyahət etməsinin stimullaşdırılması, regionda Azərbaycanın maraqlarının şirkət tərəfindən təmsil olunması, Azərbaycanın Körfəz ölkələrində təbliğat və təşviqat kampaniyalarının təşkil olunması, birgə tədbirlərin keçirilməsi, reklamların yerləşdirilməsi, info və press turların təşkil edilməsi kimi işlər görmüşdür.

Məqalə ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

http://www.arabiangazette.com/azerbaijan-gcc-favourite-new-destination-20160823/

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *