Azərbaycana gələn xarici vətəndaşların sayı 30 dəfə artmışdır » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Mədəniyyət

Azərbaycana gələn xarici vətəndaşların sayı 30 dəfə artmışdır

Azərbaycana gələn xarici vətəndaşların sayı 30 dəfə artmışdır

AzNews.info xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana gələn xarici vətəndaşların sayında əsaslı artım baş vermişdir. Belə ki, ötən ilin may ayı ilə müqayisədə (99 nəfər) 2016-cı ilin may ayında (3 000 nəfər) BƏƏ-dən ölkəmizə səfər edən xarici vətəndaşların sayı 30 dəfə artmışdır.

Son bir neçə il ərzində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Marketinq Strategiyası əsasında təbliğat işlərinin gücləndirilməsi, BƏƏ-nin Dubay əmirliyində keçirilən “ATM” beynəlxalq turizm sərgisində mütəmadi olaraq və Şərca əmirliyində keçirilən “2-ci turizm səyahət bazarı: ailəvi turizmin təbliğatı 2015” beynəlxalq turizm sərgilərində ölkəmizin turizm potensialının təbliği, 2011-ci ildən etibarən Dubay Əmirliyində fəaliyyət göstərən təmsilçi nümayəndəliyin (“Atlantis Holidays” şirkəti) olması, həmçinin, 2015-ci ilin noyabr ayından etibarən adıçəkilən ölkə vətəndaşları üçün sadələşdirilmiş viza rejiminin tətbiqi nəticəsində bu artım baş vermişdir.

2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin “Atlantis Holidays” şirkəti arasında “Körfəz əməkdaşlıq ölkələri – bazar əlaqələrində iştirakın istiqamətlənməsi və ictimai əlaqələr xidmətinin təmin edilməsi haqqında” müqavilə imzalanmışdır. Həmin ildən etibarən “Atlantis Holidays” şirkəti BƏƏ-də Nazirliyin turizm üzrə təmsilçilik funksiyalarını yerinə yetirir. 2011-ci ildən etibarən adıçəkilən şirkət Körfəz ölkələrindən turistlərin ölkəmizə səyahət etməsinin stimullaşdırılması istiqamətində müvafiq tədbirlər (Azərbaycanın turizm potensialı ilə bağlı marketinq kampaniyalarının aparılması, turizm sənayesi və KİV nümayəndələri üçün info və press turların təşkili, beynəlxalq turizm sərgilərində təmsilçiliyin həyata keçirilməsi və s.) həyata keçirir.

Mənbə: AZNEWS.INFO
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *