Mədəniyyət və Turizm Nazirliyi Moskvada keçiriləcək “MİTT 2016” beynəlxalq turizm sərgisində təmsil olunacaq » AzNews.info -Xəbər portalı

Mədəniyyət və Turizm Nazirliyi Moskvada keçiriləcək “MİTT 2016” beynəlxalq turizm sərgisində təmsil olunacaq

Mədəniyyət və Turizm Nazirliyi Moskvada keçiriləcək “MİTT 2016” beynəlxalq turizm sərgisində təmsil olunacaq


2016-cı ilin 23 - 26 mart tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində keçiriləcək "MİTT 2016" beynəlxalq turizm sərgisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin iştirakı nəzərdə tutulur. AzNews.info xəbər verir ki, sərgidə Nazirliyi Turizm şöbəsinin Regionlarda turizmin inkişafı sektorunun baş məsləhətçisi Leyla Verdiyeva təmsil edəcəkdir. Sərgidə həmçinin, Şahdağ Turizm Kompleksi, Azərbaycan Hava Yolları, “AİTF” turizm sərgisinin, “Formula 1 Avropa Qran Prisi”-nin təşkilat komitəsinin və 20-ə yaxın yerli turizm şirkətinin iştirakı planlaşdırılır.

Bu sərgidə Azərbaycanın turizm potensialını özündə birləşdirən 72 kv.m-lik stend hazırlanmışdır və sərgiyə gələn qonaqlara təqdim olunması üçün ingilis və rus dillərində müxtəlif reklam-çap məhsulları ilə təmin olunmuşdur.

2002-ci ildən başlayaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq onuncu dəfədir ki, "MİTT" beynəlxalq turizm sərgisində iştirak edir, həmçinin, bu il adıçəkilən tədbirdə ölkəmiz ilə yanaşı, 200 dən artıq ölkədən 2000-ə yaxın şirkət təmsil olunacaqdır.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *