“National Geographic”in məşhur “Əfqan qız”ı həbs edilib » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Dünya, Foto

“National Geographic”in məşhur “Əfqan qız”ı həbs edilib – FOTO

“National Geographic”in məşhur “Əfqan qız”ı həbs edilib


“National Geographic” jurnalının üz qabığında fotosu dərc edilmiş Əfqanıstan vətəndaşı olan məşhur qadın Pakistanda həbs edilib.

AzNews.info Report-a istinadən xəbər verir ki, Şərbət Qula adlı həmin xanımın həbs edilməsinə səbəb olaraq Əfqanıstandan gəldiyi vaxtdan Pakistanda qanunsuz yaşaması göstərilib.

Məlumata görə, ondan şəxsiyyətini təsdiqləyən Əfqanıstan və Pakistana aid sənədlər götürülüb.

Xəbərdə bildirilib ki, Şərbət Qulanı 14 il azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, Şərbət Qula fotosu 1985-ci ildə “National Geographic” jurnalının üz qabığında dərc edildikdən sonra məşhurlaşıb. Həmin fotonun müəllifi jurnalist Stiv Makkaridir. Şəkil Əfqanıstanda qaçqın düşərgəsində çəkilib və jurnalda “Əfqan qız” adı ilə dərc edilib.

“National Geographic”in məşhur “Əfqan qız”ı həbs edilib
“National Geographic”in məşhur “Əfqan qız”ı həbs edilib

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *