“National Geographic Azərbaycan” ekoloji bilik gününə həsr olunmuş tədbirdə iştirak etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Təhsil, Gənclik, Foto

“National Geographic Azərbaycan” ekoloji bilik gününə həsr olunmuş tədbirdə iştirak etdi – FOTO

“National Geographic Azərbaycan” ekoloji bilik gününə həsr olunmuş tədbirdə iştirak etdi

“National Geographic Azərbaycan” 15 aprel - Beynəlxalq ekoloji bilik gününə həsr olunmuş tədbirdə iştirak edib.

Oxu.Az xəbər verir ki, Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin təşəbbüsü və “National Geographic Azərbaycan” jurnalının birgə əməkdaşlığı ilə məktəblilərin yeni ekoloji-coğrafi maarıfləndirilməsi proqramı üzrə silsilə tədbirlər başlanmışdır. “15 aprel - Beynəlxalq ekoloji bilik” günü ilə əlaqədar olaraq Bakı şəhəri Tofiq İsmayılov adına 6 saylı məktəb-liseyin III-IV sinifləri və 160 saylı Klassik gimnaziyanın VII-VIII sinifləri üzrə 120 şagirdin, müəllimlərin iştirakı ilə “Ekoloji bilik” günü keçirilmişdir.

Tədbirdə “National Geographic Kids” jurnalının redaktoru Könul Nəsibova və əməkdaşları jurnalın məqsədi və mahiyyəti barədə maraqlı təqdimatla çıxış etdilər. Ətraf mühit haqqında ekoloji maarifləndirmə müsabiqələri və viktorinalar şagirdlərin böyük marağına və fəallığına səbəb oldu. Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Firuzə Sultan-zadə ekologiya üzrə mərkəzin fəaliyyət istiqamətləri və ekoloji təhsil proqramları haqqında tədbir iştirakşılarına ətraflı məlumat verdi. 6 saylı məktəb-liseyin şagirdləri “Mən “National Geographic Kids” jurnalı ilə hansı ölkəyə səyahət etmək istərdim” mövzusunda rəsmləri təqdim etdilər. Sonra şagirdlər üçün “Animal Planet”in cizgi filmləri nümayiş etdirildi.

Tədbirin sonunda ekoloji müsabiqələrin 8 qalibinə “National Geographic Azerbaijan” jurnalına bir illik pulsuz abunə kartı hədiyyə edildi. “Ekoloji bilik” günündə iştirak edən bütün məktəblilərə “National Geographic Kids” jurnalları təqdim olundu.

Tədbirdə Təhsil Nazirliyi Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin məsləhətçisi Fəqan Hüseynov, RETTM-in direktoru Firuzə Sultan-zadə, 6 saylı məktəb-liseyin direktoru Gülşən Orucova, 160 saylı klassik gimnaziyanın direktoru Faina Ələkbərova, müəllimlər və RETTM-in metodistlər, BDU-nin Ekologiya və torpaqşünaslıq fakultəsinin II kurs tələbələri iştirak etmişlər.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *