Bilik gününə nə ilə gedirik? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Təhsil

Bilik gününə nə ilə gedirik?

Bilik gününə nə ilə gedirik?


Bir gün sonra ölkənin ümumtəhsil məktəbləri öz qapılarını şagirdlərin üzünə açır.

ANS TV-nin məlumatına görə, bu il 140 minə yaxın uşaq birinci sinfə gedir. 15 seyntyabr həm də 1700-ə yaxın gənc müəllimin ilk iş günüdür. Onlar təhsil sahəsində ilk dəfə olaraq müəllim andı içəcəklər. Təhsil naziri Mİkayıl Cabbarovun təsdiq etdiyi Müəllimlərin etik davranış qaydalarında öz əksini tapan müəllim andı müəllim adını və şərəfini uca tutmağa hesablanıb. Müəllimlər keyfiyyətli təhsil xidməti göstərəcəklərinə, peşəkar xidmət zamanı qeyri etik davranışlara yol verməyəcəyinə, həm həmkarları, həm də valiveynlərlə münasibətləri hörmət və layaqətlə quracaqlarına and içəcəklər. Andiçmə dövlət bayrağı altında Azərbaycan Dövlət Konstitusiyasına əl basmaqla həyata keçiriləcək. 15 sentyabr həm də Bakı şəhər məktəblərində saxta diplomla çalışan 45 müəllim üçün yeni dərs ilinin ilk günü olmayacaq. Onlar kimi işindən çıxarılan 7 məktəb direktoru da 2014-cü ilin Bİlik gününü xoş olmayan təəssüratlarla xatırlayacaqlar.

Bu dərs ili 20 nömrəil məktəbin şagirdləri üçün də fərqli təəssüratlarla yadda qalacaq. Bakının ən nüfuzlu məktəblərnidən biri olan 20 saylı məktəb söküdlüyündən burda təhsil alan 3 mindən artıq şagird təhsilini ayrı-ayrı məktəblərdə davam etdirəcəklər.

Bu, Azərbaycan üzrə 11 lisey və gimnaziyada təhsil alan 4 mindən çox məktəbli və 1500-dən çox müəllimə də aiddir. Hansı ki, Gülən məktəbi adı altında Azərbaycanda hələ 90-cı illərin ortalarından fəaliyyətə başlamışdılar və bu ilin dərs ilinin sonunda onların fəaliyyətinə xitam verildi. İndi bu məktəblərin şagirdələri təhsillərini Zərifə Əliyeva adına liseydə davam etdirəcəklər. Məktəblərimizin 12 iilik olması isə bu il baş tutmadı. Təhsil naziri bəyan etdi ki, 12 ililk təhsilə keçid yaxın iki il ərzində reallaşacaq. Dərslərin iyunun 15-də yekunlaşması isə tam reallıqdır. Məktəblilər yay tətilinə yayın birinci ayının ortalarından tez buraxılmayacaqlar. Yay tətilində bədii ədəbiyyat oxumaq da bundan sonra məcburi qaydada şagirdlərdən tələb ediləcək. Məqsəd uşaqların dünyagörüşünü artırmaqdır. Kitabdan söz düşmüşkən, bu il düz 271 adda dərslik çap olunub ki, onların sayı da rekord həddədir. 7 milyon 800 min.

Deməli hər şey keyfiyyətli təhsilə hesablanıb. Bircə qalır oxumaq və oxutdurmaq. Prinsipcə, müəllimlərimiz and içəcək. Bəs uşaqlarımız necə?

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *