“National Geographic Azərbaycan” jurnalının oktyabr sayı artıq satışdadır – FOTO
Hər zaman meşələrdə görməyə alışdığımız canavarların dənizdə, adalar arasında kilometrlərlə məsafə üzməsini təsəvvür edə bilərsiniz? Bəs, onların sevimli qidasının dəniz canlıları olduğunu necə? Dəniz canavarlarını quruda yaşayan qohumlarından fərqləndirən xüsusiyyətlər barədə dərgimizin oktyabr sayından oxumağa tələsin. Həmçinin, bu sayımızda Vyetnam müharibəsi dövründə ABŞ-ın bombaladığı Laosun yenidənqurma işləri, Afrikanın şahdamarı sayılan Konqo çayı, delfinlərin qidalanma üsulları, CAR-da yeni insan növü qalıqlarının tapılması barədə məqalələrlə tanış ola bilərsiniz.
“National Geographic” jurnalının “Best Edit” mükafatına layiq görülmüş, torpaqsız əkinlər barədə məqaləmiz, həmçinin, Azərbaycanda əkizlərin sayının artması səbəbləri də oktyabr sayımızda işıqlandırılmışdır.
Peşəkar fotoqrafların jurnalı bəzəyən fotoşəkilləri hər zaman olduğu kimi, məqalələrdən zövq almaqda sizə yardımçı olacaq.
Jurnalı istənilən satış nöqtəsindən ala bilməklə yanaşı, ona həm də abunə olmaq mümkündür. Dərginin satış qiyməti 4 manat təşkil edir. Bu qiymətə Azərbaycanın istənilən nöqtəsinə çatdırılma daxildir.
Jurnala 012 563 56 25 (daxili nömrə 302) telefon nömrəsi ilə zəng edib abunə yazılmaq olar.
Mənbə:> Oxu.Az