Azərbaycanda yeni telefon nömrələri tətbiq edilib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi (İB) CDMA simsiz rabitə ilə "044" şəbəkə kodunu tətbiq etməklə yeni telefon nömrələrini istismara verib.
Bunu Trend-ə İB-dən deyiblər.
Nömrələr 210, 211 və 212 (məsələn, 210-xx-xx, 211-xx-xx və 212-xx-xx) rəqəmləri ilə başlayır.
"044" şəbəkə kodunun tətbiqi ilə yeni telefon nömrələrinin digər mövcud ("222", "208", "277", "274", "271" və s.) nömrələrdən fərqi ondan ibarərtdir ki, onların satışı respublikanın bütün ərazisində həyata keçirilir. Halbuki sadalanan prefikslərin satışı rayonlar üzrə ayrıca aparıla bilər. Məsələn, Gəncədə abonentlərin CDMA nömrələşdirmə sistemi 044-222-xx-xx, Sumqayıtda 044-208-xx-xx, Şəkidə 044-277-xx-xx və s.
Simsiz telefonları rabitə operatorlarının satış şöbələrində və telekommunikasiya qovşaqlarında əldə etmək olar.
Bütün nömrələr ("210", "211" и "212") üzrə aylıq abunə haqqı 15 manat təşkil edir, bununla belə stasionar və CDMA nömrələrinə zənglər pulsuzdur.
Mobil operatorların şəbəkələrinə zənglərin və beynəlxalq zənglərin 1 dəqiqəsinin qiyməti stasionar rabitə xidmətləri üzrə tətbiq edilən tariflərə uyğun müəyyənləşdirilir.
2014-cü il yanvarın 1-dən Tarif Şurasının qərarı ilə zonadan asılı olmayaraq beynəlxalq danışıqılar üzrə tarif 1 dəqiqəyə görə 32 qəpik müəyyən edilib.
Mənbə:> Trend