“National Geographic Azərbaycan” jurnalının avqust sayı artıq satışdadır – FOTO
“National Geographic Azərbaycan” jurnalının avqust sayı işıq üzü gördü!
Jurnalın bu sayında Afrikanın ən böyük səhra göllərindən biri olan Turkananın üzləşdiyi təhlükələr, əsarətdə saxlanılan qatil balinalar – orkaların yenidən təbiətə qaytarılması istiqamətində atılan addımlar, elm və texnologiya əsrində insanların elmə qarşı artan inamsızlığı barədə oxuya, dağıdıcı Katrina qasırğasının baş verməsindən 10 il sonra Nyu-Orlean şəhərinin mənzərələri barədə maraqlı fotojurnalı izləyə bilərsiniz.
Həmçinin, “Tədqiqat” rubrikasında artıq ənənə halını almış “yerli məqalələr” silsiləsində bu dəfə tuqay meşələrinin saxlanılması istiqamətində görülən tədbirlər, Azərbaycanda tapılmış döyüşçü qadın maskası barədə oxuya bilərsiniz.
Peşəkar fotoqrafların jurnalı bəzəyən fotoşəkilləri hər zaman olduğu kimi, məqalələrdən zövq almaqda sizə yardımçı olacaq.
Xatırladaq ki, dünyaca məşhur “National Geographic” brendi Azərbaycana 2014-cü ilin mart ayında “Garant Media Holding”in təşəbbüsü ilə gətirildi və “National Geographic Azərbaycan” jurnalı ilk buraxılışını sentyabrın 1-də Heydər Əliyev Mərkəzində təntənəli şəkildə təqdim etdikdən sonra dərgi ölkənin bütün satış nöqtələrinə çıxarıldı.
Jurnalı istənilən satış nöqtəsindən ala bilməklə yanaşı, ona həm də abunə olmaq mümkündür.
Dərginin satış qiyməti 4 manat təşkil edir. Bu qiymətə Azərbaycanın istənilən nöqtəsinə çatdırılma da daxildir.
Jurnala 012 563 56 25 (daxili nömrə 302) telefon nömrəsi ilə zəng edib abunə yazılmaq olar.
Mənbə:> Oxu.Az