Avstraliyada iki milyon pişik məhv ediləcək
Avstraliya hökuməti yaxın illərdə iki milyona yaxın sahibsiz pişikləri məhv etmək barədə qərar qəbul edib.
Oxu.Az-ın məlumatına görə, “National Geographic” jurnalı yazır ki, bu üsula digər heyvanların xilası üçün əl atılıb.
Avstraliyaya ilk pişikləri 200 il öncə avropalı köçkünlər gətirib.
Onların ov hədəfi yalnız siçanlar və siçovullar deyil, eləcə də nadir heyvan növləridir.
Komfortlu iqlim şəraiti və qidanın bolluğu hal-hazırda qitədə 20 milyondan artıq vəhşi pişiyin olmasına gətirib çıxardı.
Avstraliyanın təbiəti mühafizə idarələrinin məlumatına əsasən, vəhşi pişiklər hər gün 75 milyon digər heyvanı məhv edirlər. Ötən iki əsr ərzində ölkə 29 növ heyvandan məhrum olub.
Biomüxtəlifliyin azalmasına səbəb yalnız vəhşiləşən pişiklər deyil, eləcə də digər faktorlar səbəb olsa da əsas məsuliyyət onların üzərində qalır. İndi 20 növ məməli, 20 növ quş və 30 növ bitki yox olmaq ərəfəsindədir.
Onların sırasında faunanın çantalı qarışqayeyəni, yastıüzlü kenquru, dovşan bandikut və s. kimi nadir heyvan növləri var. Ona görə də hökumət “nadir növlərin soyqırımı”nı dayandırmaq qərarına gəlib.
Vəhşi pişiklərin bir hissəsi məhv edilməlidir; bu planın realizəsi yolları nəzərdən keçirilir. Hakimiyyət dünya ictimaiyyətini sahibsiz heyvanların məhv edilməsi üçün ən humanist üsul – qəbul etdikdən sonra heyvanın dərin yuxuya gedəcəyi zəhəri seçəcəklərinə dair məlumatlandırıblar.
Pişiklərin bir hissəsi strelizə edildikdən sonra, onlar üçün ayrılmış xüsusi əraziyə keçiriləcəklər. Beş illik layihənin həyata keçirilməsi üçün 750 min dollar sərf ediləcək.
Avstraliya bu qəbildən olan problem ilə ilk dəfə deyil ki, üzləşir. 1935-ci ildə şəkər plantasiyalarını məhv edən böcəklərlə mübarizə üçün ölkəyə zəhərli qurbağalar gətirildi, onların zamanla sürətli artımı isə bütün ekosistem üçün təhlükə yaratdı.
Kənd təsərrüfatına ziyan verənlər arasında Birinci donanmanın gəmilərində ölkəyə gətirilən, dovşanlar da var.
XIX əsrin sonunda meydana gələn dəvələr isə indi artezian quyularındakı bütün suyu içərək, qalan heyvanların susuzluqdan əziyyət çəkməyinə səbəb olurlar.
Mənbə:> Oxu.Az