Alimlər Mars planetində həyatın olduğunu açıqlayıb
Beynəlxalq alimlər qrupu Mars planetində hələ də həyatın olduğunu açıqlayıb.
Lenta.ru xəbər verir ki, Qilbert Levinin rəhbərlik etdiyi amerikalı araşdırmaçılar bununla bağlı tədqiqatlarının nəticəsini “Astrobiology” jurnalında dərc etdiriblər.
Müəlliflərin gəldikləri nəticələr ətraflı şəkildə iki avtomatik aparat olan “Vikinq” vasitəsilə əldə olunub. Planetin qruntunun analizləri göstərir ki, Marsda orqanik varlıqlar mövcuddur və onlar milyon il əvvəl peyda olub.
Mənbə:> lenta.ru