Plutonda orqanik maddələr aşkar edildi » AzNews.info -Xəbər portalı

Plutonda orqanik maddələr aşkar edildi

Plutonda orqanik maddələr aşkar edildi


New Horizons aparatından alınmış yeni məlumatlar atmosferdə sadə orqanik birləşmələr metan və etandan yaranan, müxtəlif orqanik sopolimerlərin - tolinlərin olmasını sübut edir.

Oxu.Az xəbər verir ki, bu barədə NASA-nın saytında bildirilib.

Bəzi tədqiqatçılar onları “həyatın kimyəvi müqəddiməsi” adlandırırlar. Belə ki, bəzi hipotezalara müvafiq olaraq kometalar onları Yer kürəsinə gətirərək planetimizdə həyatın təməlini qoya bilərdilər. Tolinlərin kometa və digər səma cisimlərində olması ehtimal edilir. Buna baxmayaraq cari hipoteza ətrafında konsensus mövcud deyil.

Bundan başqa, New Horizons Plutonun səthindəki təzyiqin Yür kürəsinin səthində mövcud olan təzyiqdən yüz min dəfə az olmasını müəyyənləşdirib. Bu tədqiqatçıların əvvəlki müşahidələrə əsaslanaraq etdikləri ehtimallardan iki dəfə azdır.

Nəhayət, alimlər iddia edirlər ki, Plutonda hava şəraiti dəyişir – bunu cırtdan planetin atmosferi üzrə zonddan alınmış məlumat təsdiq edir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *