Sensasiya: Yerə bənzər planet kəşf olunub – FOTO
ABŞ Milli Aerokosmik Agentliyi (NASA) Günəş sistemində Yer kürəsinə bənzər yeni planetin kəşfi ilə bağlı xəbər yayıb.
ANS PRESS-in məlumatına görə, bu məlumatı NASA-ya 2009-cu ildən bəri kosmosda digər həyatın mövcudluğuna dair araşdırma aparan “Keppler” kosmik aparatı ötürüb.
Yeni planet diametrinə görə Yer planetindən 60% böyükdür. Nasa mütəxəsisləri onu “Kepler-452b” adlandırıblar.
Yer kürəsi və “Kepler-452b”-nin müqayisəsi
Lakin yeni planetin kəşf olunması ilə bağlı keçirilən mətbuat konfransında NASA alimləri kəşfə dair heç bir dəlil göstərməyiblər. İstənilən halda, ekspertlər Yer kürəsinin oxşarının mövcudluğuna əmindirlər. Konfransda bildirilib ki, Aerokosmik Agentlik insanlığın min illərlə xəyal etdiyi və həyatın olduğu yeni bir kəşfin astanasındadır.
Alimlər Yer kürəsindən 500 işıq ili aralı məsafədə yerləşən sözügedən planetə xüsusi hazırlanmış peyk vasitəsilə çatmağı planlaşdırırlar. Hazırda NASA astronomları yeni kəşfə dair ətraflı tədqiqat aparırlar.
Mənbə:> ANSPRESS