Marsda nüvə silahı tətbiq ediblər » AzNews.info -Xəbər portalı

Marsda nüvə silahı tətbiq ediblər

Marsda nüvə silahı tətbiq ediblər


Fizik Con Brandenburq (John Brandenburg) Marsda nüvə partlayışlarının yeni dəlillərini təqdim edib. Hal-hazırda Hyustonda keçirilən NASA-nın planetologiya konfransında Brandenburq yalnız nüvə silahının partlayışı ilə izah etmək mümkün olan geofiziki məlumatları təqdim edib.

Oxu.Az xəbər verir ki, məruzənin tezisləri konfransın saytında təqdim edilib.

Brandenburq iki diametral olaraq əks istiqamətlərdə olan rayonlarda: Atsidaliya dənizində və Utopiya yaylasında torium konsentrantına və radioaktiv fosfora işarə edib. Bu və planetin səthində olan nazik radioaktiv elementlər qatı, onun fikrincə güclü partlayışdan xəbər verir.

Nəticədə isə maddələr ətrafa dağılıb, zərbə dalğası isə bütün planeti bürüyüb və diametral əks istiqamətdə özü ilə qarşılaşıb (burada radioaktiv elementlərin yüksək konsentrasiyası aşkar edilib).

Amma bütün bunları təbii nüvə reaktorunun partlayışı ilə də izah etmək olar.

Nüvə silahının tətbiqinə Marsın atmosferində ksenon-129 bolluğu da işarə edir. Brandenburqun sözlərinə görə bu izotop yalnız sürətli neytronlar sayəsində yaranır (uran-235-in dağılması isə sürətsiz neytronlar sayəsində baş verir). Bundan başqa, Yer kürəsinin atmosferində ksenon-129 yalnız 1945-ci ildən sonra meydana gəlib.

Alimin fikrincə, Marsın səthində iri kraterlərin olmaması partlayışların havada baş verməsinə dəlalət edir (və onların gücü bir neçə milyard meqaton olmalıdır). Nəhayət, Brandenburq Marsın səthində yuxarıda adıçəkilən sahələrində spektroskopla görünən trinitit (ABŞ-da ilk nüvə bombasından sonra partlayış yerində torpağın döndüyü radioaktiv şüşə) izlərinin olmasını bəyan edir.

Brandenburq NASA-nın elmi konfransında iştirak edərək, naməlum yad planetli qüvvənin məhv etdiyi iki Mars sivilizasiyası (kidon və utopiyalılar) barədə öz ideyalarını mötərizə xaricinə çıxaracağına dair prinsipial qərar qəbul edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *