Yer kürəsində həyatın qədim izləri aşkar edilib
Yer kürəsində həyat 4,1 milyard il öncə yaranıb, bu, elmdə hesab edilən vaxtdan 300 milyon il öncədir. Amma orqanik mənşəli karbonun biogen təbiəti bir çox alimlərdə şübhə yaradıb.
Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, mübahisəli tədqiqat “Proceedings of the National Academy of Sciences” jurnalında təqdim edilib.
Geoloqlar sirkoni, oksigen və silikondan ibarət kristallar - sirkonlar ilə işləyiblər. Onların dəyəri yarandıqları torpaqda milyon illər daha çox qalmalarındadır. Belə ki, yer kürəsində torpaq dörd milyard il tarixə malikdir, alimlər isə dörd yüz ildən çox yaşa malik sirkonlara rast gəliblər.
Geokimyaçı Elizabet Bell və onun həmkarları Cek Hills massivindən (Qərbi Avstraliya) götürülmüş sirkonları təhlil ediblər. Onlar sirkonlarda (almaz və qrafit) karbon aşkar ediblər.
Onu kristallardan birində aşkar ediblər (onun 4,1 milyard il tarixə malik olduğunu bildiriblər). Qrafitdə karbon atomlarının uyğunluğu orqanik maddələrdə olduğu kimidir.
Məqalənin müəllifləri iddia edirlər ki, bu maddələr orqanik birləşmələrdə tektonik lövhələrin toqquşması zamanı yer kürəsinin mantiyasına düşən çöküntülərdə yaranıb. Çöküntülər əridikcə və maqmaya çevrildikcə, temperatur və təzyiq karbonu qrafitə çevirirdi.
Bellin hipotezası təsdiqləndiyi halda erkən yer kürəsinin fasiləsiz meteorit bombardmanına məruz qalan qızmar cəhənnəm olmadığı, əksinə həyat üçün əlverişli məkan olmasının yeni sübutu olacaq.
Sirkonlarda qrafitin biotik mənşəyinə dair məsələnin yekun həllinə Mars yardım edəcək. Əgər alimlər qırmızı planetdə həyat izi aşkar etsələr, o zaman katarxeya yerindəki həyatdan danışmaq mümkün olacaq.
Mənbə:> Oxu.Az