Yeni Zelandiyada böyük qızıl və gümüş ehtiyatları aşkarlandı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Yeni Zelandiyada böyük qızıl və gümüş ehtiyatları aşkarlandı

Yeni Zelandiyada böyük qızıl və gümüş ehtiyatları aşkarlandı


ABŞ və Yeni Zelandiya geofizikləri Şimal adasında yeraltı su hövzələrində nəhəng qızıl və gümüş yataqları aşkar ediblər. Alimlər tədqiqatların nəticələrini Geothermics-də dərc ediblər, onlar haqqında qısa məlumat isə Phys.org saytında verilib.

Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, geofiziklər Şimal adasında ümumilikdə, Taupo vulkanik zonada yerləşən altı iri qiymətli metal yatağı aşkar ediblər.

Alimlərin hesablamalarına görə, yataqlarda milyard dollar dəyərində 20-dən çox qızıl və iki mindən çox gümüş hissələri var.

Bu isə qiymətli metalların hasilatının təşkil edildiyi halda qızılın hasilatından ildə üç milyard və gümüşün hasilatından isə 3,5 milyard dollar əldə etmək imkanı yaradacaq. Geofiziklərin qeyd etdikləri kimi, əsasən iki sahədə - Rotokava və Mokaidə (ildə 680-dən 7,5 min kq qızıl) qiymətli metalın istehsalı əlverişli ola bilər.

Alimlərin qeyd etdikləri kimi, perspektivli yataqlarında iş üçün, qiymətli metalların təhlükəsiz hasilatı üçün texnologiyanın hazırlanması mütləqdir, belə ki, Taupo vulkanik ərazidə eyni adlı krater gölü yerləşir. Bu göl regionun ən iri şirin su hövzəsi və eləcə də yeni zelandiyalılar və turistlər üçün populyar istirahət məkanıdır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *