Bakıda 20 yaşlı gənc həbs olunmaq məqsədi ilə oğurluq edib » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

Bakıda 20 yaşlı gənc həbs olunmaq məqsədi ilə oğurluq edib – FOTO

Bakıda 20 yaşlı gənc həbs olunmaq məqsədi ilə oğurluq edib



Bakıda avtomobillərdən oğurluq edən şəxs saxlanılıb.

Aznews.info-un Report-a istinadən məlumatına görə, 20 yaşlı gənc paytaxtətrafı kənd və qəsəbələrdə müxtəlif markalı avtomobillərdən akkumulyator oğurladığını etiraf edib.

Məlumata görə, hadisəni törədən Sabirabad rayon sakini, 20 yaşlı Fərid Nəsirli Xəzər Rayon Polis İdarəsinə (RPİ) aparılıb. O, istintaqa ifadəsində bildirib ki, son bir ay ərzində
Xəzər rayonunun Talışlar məhəlləsi, Südçülük sovxozu, Mərdəkan qəsəbəsindən əsasən “VAZ 2106” , “VAZ 2107” markalı avtomobillərə məxsus 8 ədəd akkumulyator oğurlayıb.

F.Nəsirli qarət zamanı yalnız dəmir parçasından istifadə edib. Əvvəllər iki dəfə məhkum olunan gənc istintaqa ifadəsində əvvəlki məhkumluq müddətində tam islah olunmadığını deyib. Buna görə də o, “tam islah olunmaq” üçün 5 və ya 6 il həbsdə qalmaq istədiyini söyləyib:

“Məhz buna görə də oğurluq əməllərini törətdim. Oğurluqlar etdim ki, azı beş il həbs cəzası alıb “içəridə” islah olunum”, - deyə Nəsirli istintaqa ifadəsində əlavə edib.

Qeyd edək ki, F.Nəsirlinin anası xərçəng xəsətəliyindən əziyyət çəkdiyi üçün Türkiyədə müalicə olunur. Atası isə Rusiya Federasiyasında yaşayır. F.Nəsirlinin ailəsi ondan oğurluq əməlləri törətdiyi üçün üz döndərib.

Bakıda 20 yaşlı gənc həbs olunmaq məqsədi ilə oğurluq edib

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *