“Buta”dan oğurluq edən şəxslər saxlanıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal, Foto

“Buta”dan oğurluq edən şəxslər saxlanıldı – FOTO

“Buta”dan oğurluq edən şəxslər saxlanıldı


Siyəzəndə rayon sakin Xalıqov Əlyusif Rza oğluna məxsus “Buta” restoranından oğurluq etməkdə təqsirləndirilən şəxslər saxlanılıb.

AzNews.info-nun APA-ya istinadən verdiyi məlumata görə, Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edən restoran sahibi ona məxsus obyektdən 2 ədəd televizor və 1 ədəd peyk aparatının oğurlanması barədə məlumat verib.

Bundan başqa? Siyəzən sakini Əbdülov Mübariz Mustafa oğlu Siyəzən RPŞ-ya müraciət edərək Heydər Əliyev küçəsində yerləşən mağazadan 06 fevral 2016-cı ildə 80 manat pul və 110 manat dəyərində müxtəlif malların oğurlandığını bildirib.

Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində qeyd olunan faktların 1987-ci il təvəllüdlü, Siyəzən şəhər sakini, əvvəl məhkum olunan Bəylərov İlkin Novruz oğlu tərəfindən törədilməsi müəyyən olunub. O, saxlanılaraq istintaqa təhvil verilib. İ. Bəylərov barəsindı cinayət məcəlləsinin 177.2.2,177.2.3 və 177.2.4-cü maddələri üzrə cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.

“Buta”dan oğurluq edən şəxslər saxlanıldı
“Buta”dan oğurluq edən şəxslər saxlanıldı

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *