Ağdamda oğurluq edən dəstə tutuldu » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal, Foto

Ağdamda oğurluq edən dəstə tutuldu – FOTO

Ağdamda oğurluq edən dəstə tutuldu


Ağdam rayonunda oğurluq edən dəstə tutulub.

AzNews.info xəbər verir ki, bu barədə “Report”a Ağdam rayon Polis Şöbəsinin (RPŞ) müstəntiqi Orxan İsmayılov məlumat verib.

Polis şöbəsinin müstəntiqi bildirib ki, oğurluqla məşqul olan dəstəni rayonun Əfətli kəndində xidmət aparan polis əməkdaşları şübhəli şəxs qismində saxlayıb: “Ağdam rayonun Əfətli kəndində xidmət aparan polis əməkdaşları naməlum şəxslər tərəfindən bir neçə iribuynuzlu mal-qaranın aparıldığını görüb.

Saxlanılan İlham Həsənov və Taleh Rzayev heyvanların özlərinə məxsus olduğunu bildirərək polisləri aldatmaq istəyiblər”.

O.İsmayılov qeyd edib ki, rayonun Əfətli kənd sakini Hökmran Əbdülrəhimov Ağdam RPŞ-nə ərizə ilə müraciət edərək yaşadığı evin həyətindən bir ədəd enerji generatoru, tövlədən isə 8 baş iribuynuzlu mal-qaranın naməlum şəxslər tərəfindən oğrulandığını bildirib:

“Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən şəxslər, Ağcabədi rayon sakinləri - İlham Həsənov, Taleh Rzayev, İntiqam Əliyev və Emin Hüseynov saxlanılaraq istintaqa cəlb olunub”.

Faktla bağlı Ağdam RPŞ-də cinayət işi açılıb.

Qeyd edək ki, saxlanılan şəxslər əvvəllər də məhkum olunublar. Hazırda onların digər cinayət əməlləri araşdırılır.

Ağdamda oğurluq edən dəstə tutuldu
Ağdamda oğurluq edən dəstə tutuldu
Ağdamda oğurluq edən dəstə tutuldu

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *