Bakıda qadınlardan oğurluq edən şəxs ələ keçdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Bakıda qadınlardan oğurluq edən şəxs ələ keçdi

Bakıda qadınlardan oğurluq edən şəxs ələ keçdi


Bakıda oğurluqda şübhəli bilinən şəxslər tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən Oxu.Az-a daxil olan məlumata görə, yanvarın 1-də və 11-də Bakıxanov qəsəbəsində Zahidə Zəliyevaya məxsus «Mercedes», Günel Cabbarovaya məxsus «Mitsubishi» markalı avtomobillərdən, şüşəni sındırmaq yolu ilə oğurluq edilib.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunan Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Nəriman Vəliyev tutulub.

Dekabrın 30-a keçən gecə Moskva prospektində Nəzakət Muradovaya məxsus mağazadan, pəncərənin dəmir barmaqlığını sındırmaqla ərzaq məhsulları və tütün məmulatları, 4-cü mikrorayon H.Seyidzadə küçəsində «Qasid» firmasına məxsus qəzet köşkündən, qapının qıfılını sındırmaqla 2700 manatlıq tütün məmulatı və saqqız, yanvarın 9-a keçən gecə isə A.Məhərrəmov küçəsində Salman Orucova məxsus köşkdən tütün məmulatları oğurlanıb.

Nəsimi RPİ PPXB və 19-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Ənvər Əliyev tutulub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *