Bakıda sürücülərə qənim kəsilən şəxslər saxlanıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Avto

Bakıda sürücülərə qənim kəsilən şəxslər saxlanıldı

Bakıda sürücülərə qənim kəsilən şəxslər saxlanıldı


Bakıda avtomobillərdən oğurluq edən 2 nəfər tutulub.

Oxu.Az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 27-də H.Məmmədov küçəsində yaşayan Vüqar İsmayılzadəyə məxsus “Subaru” markalı avtomobildən şüşəni sındırmaqla içərisində telefon ləvazimatları olan əl çantası oğurlamaqda şübhəli Lənkəran şəhər sakini, 1997-ci il təvəllüdlü Anar Məcidov və Bakı şəhər sakini Natiq Kərimli tutulublar.

Araşdırma zamanı müəyyən edilib ki, onlar oktyabrın 14-də M.Sənani küçəsində Namiq Quliyevə məxsus “Mercedes”, oktyabrın 20-də O.Əliyev küçəsində Əsli Ağağülovaya məxsus “Nissan”, A.M.Cümə küçəsində Aysel Teymurovaya məxsus “Kia-Serato” və oktyabrın 27-də F.X.Xoyski küçəsində Kəmalə Abdurəhimova məxsus “Hyundai-Elantra” markalı avtomobillərdən pul, mobil telefon, sənədlər və digər əşyalar oğurlayıblar.

Araşdırmalar davam etdirilir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *