Bakıda “moyka” işçisi maşın qaçırdı
Oktyabrın 25-də Binəqədi rayonunun M.Cəlal küçəsində yerləşən avtoyuma məntəqəsindən Bakı şəhər sakini Ulduz Aslanovaya məxsus “Hyundai” markalı avtomobil qaçırılıb.
Bu barədə Oxu.Az-a DİN-dən bildiriblər.
Məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə avtomobil 28 May küçəsində saxlanılıb.
Avtomobili idarə edən avtoyuma məntəqəsinin işçisi, Quba rayon sakini Sabir Orucov və qaçırılmış maşın 7-ci polis bölməsinə təhvil verilib.
Araşdırmalar aparılır.
Mənbə:> Oxu.Az