Bakıda vətəndaşların qorxulu yuxusuna çevrilmiş oğrular ələ keçdilər
Bakıda oğurluqda şübhəli bilinən şəxslər tutulub.
Bakı şəhər Baş Polis İdarəsindən Oxu.Az-a daxil olan məlumata görə, Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 9-da M.Cəlal küçəsində Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Xatirə Əsgərovanın idarə etdiyi «Beta» şirkətinə məxsus «Hyundai» markalı avtomobilin yük yerindən, kilidi sındırmaqla çay məmulatları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri - 1981-ci il təvəllüdlü Əli Hüseynov və əvvəllər məhkum olunmuş 1983-cü il təvəllüdlü Rəşad Hüseynov tutulub.
Araşdırma zamanı müəyyən edilib ki, onlar bu il aprelin 26-ə keçən gecə Rəsulzadə qəsəbəsində Sərvər Mustafayevə məxsus «VAZ-2107», iyunun 6-da 6-cı mikrorayonda Xalid Nəcəfova məxsus «Kia», iyunun 15-də S.Məmmədova küçəsində Fərhad Məmmədov özünə məxsus «Niva», avqustun 2-də R.Behbudov küçəsində Emil Sadıqova məxsus «Nisan-Sunny» və oktyabrın 3-nə keçən gecə, Cavadxan küçəsində Fəyyar Xankişiyevə məxsus «Lexsus» markalı avtomobillərdən, şüşəni sındırılmaqla maqnitafon, səsgücləndirici, pul və digər əşyalar talayıblar.
İyunun 27-nə keçən gecə, Azər Quliyevə məxsus, A.Məmmədov küçəsində, oktyabrın 13-ə keçən gecə Oktay Rəcixanova məxsus Cavadxan küçəsində və oktyabrın 20-nə keçən gecə, Bayram Qaraxanova məxsus, S.Məmmədova küçəsində yerləşən mağazalardan spirtli içkilər, tütün məmulatları və digər əşyalar oğurlayıblar.
Sentyabrın 17-nə keçən gecə, Lətif Seyidəliyevə məxsus, M.Kazımovski küçəsində yerləşən «Topaz» məntəqəsindən 50 manat, lotoreya biletləri və mobil telefon, sentyabrin 25-dən 29-dək olan müddətdə M.Cəlal küçəsində Aleksandr Mehdiyevə məxsus qarajdan 2 ədəd velosiped, cari ilin may ayından oktyabrın 4-dək olan müddətdə M.Cəlal küçəsində Mahir İsgəndərova məxsus zirzəmidən 4 ədəd təkər və sentyabrın 17-dən oktyabrın 2-dək olan müddətdə isə M.Cəlal küçəsində Elnur Süleymanlıya məxsus saxlanc yerindən, qapının kilidi sındırılmaqla velosiped aparıblar.
Mənbə:> Oxu.Az