Bakıda qız doğum günündə intihar etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

Bakıda qız doğum günündə intihar etdi

Bakıda qız doğum günündə intihar etdi


Bakıda dəhşətli intihar hadisəsi baş verib.

Aznews.info Lent.az-a istinadən xəbər verir ki, 2001-ci ildə Saatlı rayonunda anadan olmuş Qəniyeva Aygün Qubad qızı Xocasən qəsəbəsində yaşadığı fərdi yaşayış evində özünü asıb.

Yaxınları 15 yaşlı qızın meyitini hamamın nəfəsliyindən asılı vəziyyətdə aşkarlayıblar.

Aygün Qəniyevanın təhsil aldığı Laçın rayon 6 saylı orta məktəbindən bildirilib ki, o, sakit təbiətli şagird olub. Məktəbin keçmiş direktoru, A.Qəniyevanın coğrafiya müəllimi Rahib Əzimov deyib ki, onun davamiyyətlə bağlı problemi olmayıb:

“Onun bacı-qardaşı da bizim məktəbdə təhsil alır. Əslən Saatlı rayonundan olsa da, yaxınlıqda başqa məktəb olmadığından bizim məktəbdə təhsil alırdı. Dünən sinif rəhbəri qızın dərsə gəlmədiyini görüb, valideyni ilə əlaqə saxlayıb. Ata-anası da işdə olub. Onlar evə zəng edəndən sonra Aygünün özünü öldürdüyünü öyrəniblər. Biz də dərhal evlərinə getdik. Qızın məktubu da yoxdur ki, niyə intihar etdiyini dəqiq biləsən”.

Məktəbdən onu da bildiriblər ki, 15 yaşlı Aygünün ailədə problemləri olub. Belə ki, valideynləri onun hazırda hərbi xidmətdə olan oğlan qayıtdıqdan sonra nişanlanmasını və ailə qurmasını istəyiblər. 9-cu sinifdə oxuyan qız isə buna qarşı çıxıb.

Aygün Qəniyevanın məhz doğum günündə həyatına son qoymasının dəqiq səbəb isə hələlik bilinmir.

Mənbə: Lent.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *