15 yaşlı qızın intihar səbəbi - “Anası deyib ki, evdə iş gör”
Lalə Bağırovanın intihar səbəbi kimi ailəsinin ondan ev işləri görməsini tələb etməsi göstərilir. Bu barədə saytımıza açıqlamasında rayonun Bayan kənd bələdiyyəsinin sədri Natiq Süleymanov məlumat verib.
“Lalə Bağırova gözəl, əxlaqlı bir ailənin övladıdır. Bağırovlar kənd təsərrüfatı, maldarlıqla məşğul olan, zəhmətkeş bir ailədir. Lalə özü ərköyün bir uşaq idi. 9-cu sinifdən məktəbdən ayrılmışdı. Evin böyük uşağıdır. Yalnız ev işləri ilə məşğul olurmuş - toyuq, cücə, qoyun və s. Özünü asmamışdan əvvəl evdə anası deyib ki, filan işi gör. Biz də təxmin edirik ki, Lalə anası ona hirsləndiyi, iş tapşırdığı üçün özünü asıb. 15 yaşlı uşaqlar bir az dəlisov olurlar. Yəni ki, özünü heç nədən asıb”, - deyə bələdiyyə sədri bildirib.
Xatırladaq ki, Daşkəsən rayonunda intihar hadisəsi baş verib. Rayonun Bayan kənd sakini 2001-ci il təvəllüdlü Lalə Bağırova yaşadığı evdə özünü asaraq intihar edib.
Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda araşdırma aparılır.
Mənbə:> AzNews.az