Nişanlı qızın özünü asmasına anası səbəb olub? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Nişanlı qızın özünü asmasına anası səbəb olub?

Nişanlı qızın özünü asmasına anası səbəb olub?


Hacıqabul rayonunda 19 yaşlı nişanlı qızın - Kifayət Ağayevanın intihar etməsinin səbəbləri açıqlanıb.

Bu barədə Hacıqabul Rayon Prokurorluğundan məlumat verilib. Prokurorluqdan bildirilən məlumata görə, intihara səbəb ailə-məişət zəminində baş vermiş hadisə olub: “Qız evi istəyib ki, toy tez olsun. Amma oğlan hərbi xidmətə getmədiyindən və maddi imkanları aşağı olduğundan deyiblər ki, vəziyyət düzəlsin, toyu onda edərik. Qızın anası da deyib ki, get zəng elə, oğlana de ki, ya evlənsin, ya da nişanı qaytarırıq”.

Prokurorluqdan onu da bildiriblər ki, hazırda istintaq gedir: “Araşdırmada müəyyən olunsa ki, qızı intihara sürükləyən şəxslər var, onlar həbs olunacaq”.

Xatırladaq ki, mayın 28-də Hacıqabul rayonunda intihar hadisəsi qeydə alınıb. 1997-ci il təvəllüdlü Ağayeva Kifayət Vadar qızı yaşadıqları evin həyətindəki yardımçı tikilidə asılmış vəziyyətdə tapılıb.

Faktla bağlı Hacıqabul rayon prokurorluğu tərəfindən cinayət işi açılıb və istintaq davam edir.

Mənbə: AzNews.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *