Məktəbli qız özünü niyə asdı? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Məktəbli qız özünü niyə asdı? – TƏFƏRRÜAT

Məktəbli qız özünü niyə asdı?


Dünən axşam saatlarında Pirallahı rayonunun Gürgən qəsəbəsində intihar edən 14 yaşlı Səbinə Əhmədli Yavər Əliyev adına 235№-li tam orta məktəbin şagirdi olub.

AzNews.info Lent.az-a istinadən xəbər verir ki, Pirallahı qəsəbəsində yerləşən məktəbin rus bölməsində 8B sinfində oxuyan S.Əhmədli məsuliyyətli, yaxşı oxuyan şagirdlərdən imiş.

Məktəbin təlim-tərbiyə üzrə direktor müavini Şahin Allahverdiyev bildirib ki, S.Əhmədli dünən də dərslərində yaxşı iştirak edib:

“7 dərsdən sonra hamı ilə görüşüb gediblər. Səbinə yaxşı oxuyan, tərbiyəli, məsuliyyətli şagirdlərdən idi. Cəmi 4 dərsdən qiyməti 4 idi. Qalan fənlərdən 5 alırdı. Dünən də normal əhval-ruhiyyədə, deyib-gülə dərsdən çıxıblar”.

Qonşularının bildirdiyinə görə, S.Əhmədli atasını xeyli müddət əvvəl itirib və bundan sonra anası başqa kişi ilə ailə həyatı qurub. İkinci izdivacdan qadının daha 3 övladı olub və Səbinə də atalığının himayəsində yaşayıb. Yeniyetmə qızın intiharına gəlincə, bildirilir ki, anası onun telefonunu yoxlayarkən kiminləsə yazışmasını tapıb və qızını bərk danlayıb. Hətta dünən dərsdən evə qayıdan Səbinəni anası qapı arxasında saxlayıb və onu evə buraxmayıb. Məhz bu psixoloji sarsıntının təsiri altında 14 yaşlı qız özünü öldürərək həyatına son qoyub.

Faktla bağlı Pirallahı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Mənbə: Lent.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *