Dərsini oxumayan qızı anası döydü və…
Xural.com-un verdiyi məlumata görə, Pirallahı qəsəbəsində 5-ci mərtəbədən özünü ataraq, intihar etməyə cəhd göstərən 17 yaşlı, 235 saylı orta məktəbin 11-ci sinif şagirdi Əminə Cəfərova xəstəxanada komadan ayılıb.
Fakt üzrə cinayət işi açan Xəzər rayon Prokurorluğunun əldə etdiyi məlumata görə, dərslərini oxumadığı üçün anası tərəfindən döyülən Əminə Cəfərova binanın 5-ci mərtəbəsinə çıxaraq, intihar etmək qərarına gəlib.
Xatırladaq ki, mayın 4-də, 1997-ci il təvəllüdlü Əminə Rövşən qızı Cəfərova 5 mərtəbəli yaşayış binasının damından özünü atıb. Nəticədə o, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Mənbə:> xural.com