Təhsil Nazirliyindən məktəbli çantalar ilə bağlı valideynlərə tövsiyə » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Təhsil

Təhsil Nazirliyindən məktəbli çantalar ilə bağlı valideynlərə tövsiyə

Təhsil Nazirliyindən məktəbli çantalar ilə bağlı valideynlərə tövsiyə


Təhsil Nazirliyi məktəbli çantalarının ağır olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

Oxu.Az xəbər verir ki, jurnalistlərə açıqlama verən təhsil nazirinin müavini Ceyhun Bayramov Azərbaycanda ümumtəhsil səviyyəsində tətbiq olunan həftəlik dərs yükü normasının və dərsliklərin beynəlxalq standartlara uyğun şəkildə hazırlandığını deyib.

Nazir müavini qeyd edib ki, Təhsil Nazirliyinin təqdim etdiyi dərsliklər, onların sayı və çəkisi uşaqlar üçün nəzərdə tutulan normadan artıq deyil: “Valideynlər tərəfindən əlavə olaraq çantaya hansısa resurslar alınıb qoyulursa bunu müəyyən hallarda şərh etmək çətindir. Çünki bir çox hallarda bu məsələ qaldırılıb və müzakirə edilib.

Ancaq görünür ki, çantalara tələb olunan və olunmayan əlavə resurslar da qoyulur. Yəqin, hər bir valideyn diqqət yetirməlidir ki, çantalara yalnız ehtiyac olunan dərs resursları qoyulsun”.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *