Məktəb direktorları müəllimləri necə aldadır...
Virtualaz.org saytı Təhsil Nazirliyinə istinadən xəbər verir ki, İ.Nağıyev bunda məktəb direktorlarını günahlandırıb: “Mən sizə vakant yerlərin gizlədilməsi prosesinin necə həyata keçirilməsi barədə danışmaq istəyirəm. Hər bir məktəbdə müəyyən dərs yükü var. Məsələn, bir fənn 40 saat dərs yükü təşkil edir, lakin qanunvericiliyə əsasən, müəllim 36 saatdan çox dərs deyə bilməz. Direktor informasiyanın toplanması zamanı müəyyən səbəblərə görə vakant yerlər barədə məlumat vermir.
Sentyabrda dərslər başlayanda bu dərs yükü müvəqqəti olaraq başqa müəllimə verilir. Bununla da direktor bir il ərzində müəllimi müvəqqəti işə qəbul edir. Həmin ilin sonunda isə o, işdən azad olunur. Əksər hallarda insanlar buna aldanır və daimi əsasda işə götürüldüklərinə inanırlar”.
Təhsil Nazirliyi xatırladır ki, yalnız imtahandan keçən şəxslər daimi olaraq işə qəbul oluna bilərlər.
Mənbə:> Virtualaz.org