Bakıda dərs ili qısaldıldı - FOTO
Gələn il Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar olaraq paytaxtın tədris müəssisələrində dərs ilinin müddəti azaldılıb.
AZXEBER.COM xəbər verir ki, Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov APA-ya açıqlamasında deyib ki, Nazirlər Kabinetinin müvafiq sərəncamında bildirilib ki, 2015-ci ildə Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar olaraq paytaxtda yerləşən bütün təhsil müəssisələrində təhsil prosesi və imtahan sessiyasının 2015-ci il mayın 31-dək başa çatdırılması təmin edilməlidir.
Bu məqsədlə 2014/2015-ci tədris ili üçün Bakı şəhərində yerləşən ali və orta ixtisas təhsili müəssisələrində nəzəri təlim müddətinin (15 həftə) vaxtını dəyişmədən, imtahan sessiyalarına ayrılmış 5 həftənin 3 həftəyə qədər, qış tətili müddətinin 2 həftədən 1 həftəyə qədər, peşə-ixtisas təhsili müəssisələrində isə ikinci yarım il üçün nəzərdə tutulmuş təhsil müəddətinin 23 həftədən 21 həftəyədək azaldılması qərara alınıb.
Bununla bağlı Təhsil Nazirliyindən ali və peşə təhsili müəssisələrinə müvafiq məktublar göndərilib.
Bu qərar noyabrın 18-də qəbul olunub və dünəndən etibarən bütün tədris müəssisələrinə göndərilməsi təmin edilib.
Mənbə:> AZXEBER.COM