Döyüşlər vaxtı bir məktəbli həlak olub, digəri yaralanıb » AzNews.info -Xəbər portalı

Döyüşlər vaxtı bir məktəbli həlak olub, digəri yaralanıb

Döyüşlər vaxtı bir məktəbli həlak olub, digəri yaralanıb


Cəbhə bölgəsində baş verən hərbi əməliyyatlar nəticəsində 1 məktəbli yaralanıb, 1 məktəbli isə həlak olub.

AzNews.info APA-ya istinadən xəbər verir ki, təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə deyib ki, Ağdamın Sarıcalı kənd tam orta məktəbinə mərmi düşüb.

Bu hadisə dərs saatı ərzində baş vermədiyindən xəsarət alan olmayıb:

“Lakin cəbhə bölgəsinə yaxın ərazidə həyətyanı sahəyə düşən mərmi nəticəsində 13 yaşlı bir şagird yaralanıb. O, xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti yaxşıdır”.

Nazir müavini Tərtərdə evə atılmış mərminin partlaması nəticəsində dünyasını dəyişən 16 yaşlı qızın da məktəbli olduğunu təsdiqləyib.

O əlavə edib ki, hərbi əməliyyatlar başlayandan bu günə kimi cəbhə bölgəsinə yaxın ərazilərdə yerləşən məktəblər barədə mütəmadi olaraq rayon təhsil şöbələrindən məlumatlar əldə olunur.

Yerli icra strukturları, rayon təhsil şöbələri ilə əlaqəli işlər görüldüyünü deyən C.Bayramov qeyd edib ki, insanların həyatını təhlükə altına atmamaq üçün artıq 28 məktəbdə tədrisin dayandırılması barədə qərar qəbul edilib:

“Təhsil Nazirliyi tərəfindən təhsil şöbələrinə tapşırıqlar verilib ki, həmin ərazilərdə yaşayan ailələrin digər yaşayış məntəqələrinə köçmələri ilə bağlı onların yaxın ərazilərdə və digər rayonlardakı məktəblərdə tədrisi müvəqqəti olaraq təşkili olunsun. Ancaq ümid edirik ki, atəşkəsin əldə olunmasından sonra məktəblərdə tədris bərpa olunacaq”.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *