Zaqatala rayon Heydər Əliyev Mərkəzində 21 sentyabr – “Beynəlxalq Sülh Günü” ilə əlaqədar tədbir keçirilib
AzNews.info xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə hər il ənənəvi olaraq respublikamızda “Beynəlxalq Sülh Günü” ərəfəsində yəni 21 avqust – 21 sentyabr tarixlərində “Sülh aylığı” elan edilir. 1982-ci ildən bəri bütün dünyada “Sülh Günü” kimi qeyd olunan təqvimin yaranma səbəbi sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər cür zorakılığın dayandırılması, bəşəriyyətin daim sülh içərisində yaşama arzusudur.
Respublikamızda qeyd olunan “Sülh aylığı”nın əsas məqsədi insan hüquqlarından ən önəmlisinin yaşamaq hüququ olduğu, bu hüququn isə yalnız sülh, sabitlik və dinc yaşamaq şəraitində təmin olunmasının mümkünlüyünü insanların diqqətinə çatdırmaqdan, onları buna cəlb etməkdən ibarətdir. Sülh sevər xalqlardan biri olan xalqımızın, dünyanın ən tolerant ölkəsinin vətəndaşlarının da sülh şəraitində yaşamaq ən böyük istəyidir. Bu aylıq çərçivəsində Zaqatala rayon ərazisində dövlət qurumları, vətəndaş cəmiyyətləri və icmalar tərəfindən müxtəlif tədbirlər keçirilir.
Həmin tədbirlərdən biri də bu gün Zaqatala rayon Heydər Əliyev Mərkəzi və Uşaq və Ailələrə dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə sentyabrın 6-da rayon Heydər Əliyev Mərkəzində 21 sentyabr – “Beynəlxalq Sülh Günü” ilə əlaqədar tədbir keçirilib.
Tədbir iştirakçıları ilk öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstünü ziyarət edərək ulu öndərin həyat və siyasi fəaliyyəti ilə bağlı ekspozisiyalarla tanış olublar.
Tədbirdə Zaqatala rayon Müharibə və Əmək veteranları Şurasının sədri Ənvər bəy Kərimov, Böyük Vətən Müharibəsi iştirakçısı, “N” saylı hərbi hissənin əsgər və zabit heyəti, təhsil işçiləri, məktəblilər iştirak edib.
Mənbə:> AzNews.info