“Beynəlxalq Muzeylər günü” münasibəti ilə Zaqatalada tədbir keçirilmişdir » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət, Foto

“Beynəlxalq Muzeylər günü” münasibəti ilə Zaqatalada tədbir keçirilmişdir - FOTO

“Beynəlxalq Muzeylər günü” münasibəti ilə Zaqatalada tədbir keçirilmişdir

AzNews.info xəbər verir ki, 15 may “Beynəlxalq Muzeylər günü” münasibəti ilə Zaqatala rayon Mədəniyyət və Turizm şöbəsində tədbir keçirilmişdir. Tədbirdə Mədəniyyət və Turizm şöbəsinin müdiri Zümrüd Ağakişiyeva, məsləhətçisi Səfər Ramazanov, Tarix-Diyarşünaslıq muzeyinin, Tarix-Mədəniyyət qoruğunun, Rəsm qalereyasının əməkdaşları, Tarixi abidələrin mühafizəçiləri və rayon Veteranlar şurasının sədri Ənvər Kərimov iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Zümrüd Ağakişiyeva muzey işçilərini bayram münasibəti ilə təbrik etmiş, daha sonra isə “Beynəlxalq Muzeylər günü və qədim muzeylərin yaranması haqqında”, “Mədəni sərvətlərimizin saxlanc yerləri və respublikada olan muzeylərin bu günü”, “Rayon Tarix-Diyarşünaslıq muzeyi haqqında”, “Məktəblilərin muzey tipli müəssisələrə cəlb olunması istiqamətində görülən işlər”, “KİV-də Zaqatala muzeylərinin fəaliyyətinin işıqlandırılması” mövzusunda məruzələr dinlənilmişdir. Rayon Veteranlar şurasının sədri Ənvər Kərimov çıxış edərək rayonda mədəniyyətin inkişafından, tariximizin yaşadılmasında muzeylərin rolundan söz açmışdır. Sonda tədbir iştirakçıları Tarix-Diyarşünaslıq muzeyinə baxış keçirmişdir.
“Beynəlxalq Muzeylər günü” münasibəti ilə Zaqatalada tədbir keçirilmişdir

“Beynəlxalq Muzeylər günü” münasibəti ilə Zaqatalada tədbir keçirilmişdir

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *