“Muzeylər və mədəni landşaftlar” mövzusunda tədbir keçirildi - FOTO
AzNews.info xəbər verir ki, Beynəlxalq Muzeylər Günü münasibətilə təşkil olunan tədbiri İCOM-un Azərbaycan Milli Komitəsinin rəhbəri Röya Tağıyeva açaraq bu il əlamətdar günün “Muzeylər və mədəni landşaftlar” mövzusuna həsr olunduğunu dedi. Bildirdi ki, təbiətlə tarixin ahəngindən yaranan mədəni landşaftlar ardıcıl olaraq zaman və insanlar tərəfindən yenilənir. Bunu nəzərə alaraq İCOM-un Azərbaycan Milli Komitəsiölkə muzeylərində “Muzeydə bir gün” mövzusunda müxtəlif tədbirlər keçirməyi qərara alıb və bugünkü tədbir də həmin silsilədəndir.
İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin məsul işçisi Akif Rzayev çıxışında bu günün və tədbirin önəmindən söz açdı.
Tədbir çərçivəsində təqdim olunan sərgidə Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin təsviri sənət qalereyası və “Günəş” rəsm studiyasının şagirdlərinin Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində və Kənd Təsərrüfatı Muzeyində çəkdikləri rəsm əsərləri və fotolar nümayiş olunurdu.
Sərgi ilə tanışlıqdan sonra Xalq rəssamı Arif Hüseynov fərqlənən uşaqlara diplomlar təqdim etdi.
Tədbirdə Bülbülün memorial muzeyi, Tahir Salahovun ev-muzeyi, eləcə də Basqal İpək Kəlağayı Muzeyini əks etdirən fotolar da nümayiş olundu.
Mənbə:> AzNews.info