Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi Beynəlxalq Muzeylər Günü ilə əlaqədar sərgi təşkil edəcək » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi Beynəlxalq Muzeylər Günü ilə əlaqədar sərgi təşkil edəcək

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi Beynəlxalq Muzeylər Günü ilə əlaqədar sərgi təşkil edəcək

AzNews.info xəbər verir ki, 2016-cı ilin devizi “Muzeylər və mədəniyyət landşaftları”dır. Landşaftların müxtəlif növləri vardır: real, intellektual, xəyali, virtual, təbii, şəhər, kənd, müasir, arxeoloji və tarixi. Bu gün mədəni irsin qorunması və inkişafı ətraf mühitin landşaftı ilə sıx təmasdadır. Bu landşaftların Azərbaycanda qorunması üçün yaradılmış muzeylər regionun mədəni irsini qoruyur və onun inkişafına kömək edir.

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi respublikanın aparıcı muzeylərindən biri kimi bu il də Beynəlxalq Muzeylər Günü ilə əlaqədar keçiriləcək tədbirlərə qoşularaq mayın 18-də teatr rəssamlarının fondda qorunan əsərlərindən ibarət sərgi təşkil edəcək. Sərgidə Əzim Əzimzadə, Kazım Kazımzadə, İzzət Seyidova, Mikayıl Abdullayev, İsmayıl Axundov, Ənvər Almaszadə, Fyodor Qusak, İsmayıl Məmmədov, Nazim Bəykişiyev kimi rəssamların müxtəlif tamaşalara çəkdikləri geyim və dekorasiya eskizləri sərgilənəcək. Sərgiyə giriş sərbəstdir.

Eyni zamanda 18-22 may tarixləri muzeydə “Açıq qapı” günü elan olunacaq.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *