"Ailə müqəddəsdir!" adı altında dəyirmi masa keçirildi – FOTO
AzNews.info xəbər verir ki, 13 may 2016-cı il tarixində saat 11:00-da Siyəzən rayon Mədəniyyət Mərkəzində 15 may "Beynəlxalq Ailə Günü" ilə əlaqədar "Ailə müqəddəsdir!" adı altında dəyirmi masa keçirildi. Tədbirə rayonda və kəndlərdə yaşayan nümunəvi ailələr, müxtəlif idarə və müəssisələrdən nümayəndələr, rayon Ağsaqqallar şurasının sədri Qəzənfər Nəcəfov dəvət olunmuşdur. Tədbiri giriş sözü ilə Siyəzən rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Zəminə Qədirli açaraq tədbir iştirakçılarının hər birini Beynəlxalq Ailə Günü münasibətilə təbrik edərək onlara öz ürək sözlərini dedi. Sonra Mədəniyyət Mərkəzinin direktoru Ziyadə Dadaşova, Ağsaqqallar şurasının sədri Qəzənfər Nəcəfov, hörmətli Tamara müəllim, həkim Firdovsi Hacıyev, kənd sakini Hüseynağa Ağamalıyeva, Saməddin Əliyev, Pirverdi Tarverdiyev və başqaları çıxış etdilər. Tədbir diskussiya şəklində keçirildi. Daha sonra tədbir çay süfrəsi ətrafında davam etdi. Sonda tədbir iştirakçıları ilə rayon Mədəniyyət və Turizm şöbəsinin önündə xatirə şəkili çəkildi.
Mənbə:> AzNews.info