Biləsuvar rayonunda "Novruz" bayramı münasibətilə ümumrayon tədbiri keçirildi – FOTO
18 mart 2016-cı il tarixində Biləsuvar rayonunda xalqımızın müqəddəs bayramı olan, özündə mədəni dəyərləri, eləcə də xeyirxahlıq, birlik və həmrəylik kimi gözəl ənənələri əks etdirən "Novruz" bayramı münasibətilə ümumrayon tədbiri keçirildi.
AzNews.info nazirliyə istinadən xəbər verir ki, tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin, təşkilatların, icra nümayəndəliklərinin, bələdiyyələrin rəhbərləri və kollektivləri, KİV nümayəndələri, rayon ictimaiyyəti iştirak etdi.Tədbirdə Biləsuvar rayon Mədəniyyət və turizm şöbəsinin bədii özfəaliyyət kollektivləri rayon əhalisi qarşısında böyük bayram konserti ilə çıxış etdilər. Tədbirdə həmçinin, xalqımızın "Novruz" bayramı ilə bağlı adət-ənənələr, qədim məişət əşyaları, milli kulinariya, dekorativ tətbiqi sənət nümunələri nümayiş etdirildi.
Mənbə:> AzNews.info