Cəlilabad rayonunda Beynəlxalq Muzeylər Günü münasibəti ilə tədbir keçirildi - FOTO
AzNews.info xəbər verir ki, İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən muzeyi ekskursiya etdilər.
Tədbiri giriş sözü ilə Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin direktoru G.Aslanova açaraq, dünyada muzeylərin yaranma tarixindən, formalaşması və inkişafından danışdı. O həmçinin qeyd etdi ki: “Azərbaycanda ilk muzeylərin təşəkkül tapması XX əsrin 20-ci illərinə təsadüf edir. İlk muzey 1920-ci ildə Bakıda, ilk memorial muzey isə 1938-ci ildə Şəkidə yaradılmışdır.
Tədbirdə araşdırmaçı, tarix müəllimləri- Ələsgər Mirzəzadə, Rza Rzayev və Bilal Hüseynov “Muğan Mədəniyyəti” mövzusunda maraqlı, zəngin faktlarla çıxış etdilər.
Tədbirin sonunda Muğan mədəniyyətindən bəhs edən izahlı slayd nümayiş olundu. Tədbirdə Cəlilabad rayon Mədəniyyət və Turizm şöbəsinin rəhbər heyəti, Mərkəzi kitabxananın direktoru, Tarix Diyarşünaslıq muzeyinin əməkdaşları, tələbələr, məktəblilər və müəllimlər də iştirak etmişlər.
Mənbə:> AzNews.info