Cəlilabad rayonunda 31 mart azərbaycanlıların soyqrımı anıldı – FOTO
31 Mart 2016-ci il tarixində Cəlilabad rayon Heydər Əliyev Mərkəzində, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, Bakı soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğından bəhs edən tədbir təşkil olunmuşdur.
AzNews.info xəbər verir ki, Cəlilabad rayon məktəblilərin və tələbələrin iştirakı ilə təşkil olunmuş tədbirdə tarix boyu erməni vandallarının törətdikləri vəhşilikdən, doğma torpağımıza qarşı ərazi iddialarından söhbət açılmış və bu istiqamətdə gənclər maarifləndirilmişdir. Tarixin bütün dövrlərində olduğu kimi erməni terrorçularının törətdikləri qırğınlar “Böyük Ermənistan” yaratmaq iddiaları bu dəfə də boşa çıxdı. Azərbaycan müstəqillik əldə etdikdən sonra mart hadisələrinə siyasi qiymət verildi. Azərbaycan Prezidenti Ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart azərbaycanlıların soyqrımı günü elan edilməsi haqqında məlumatları da Heydər Əliyev Mərkəzinin direktoru Gülnar Aslanova şagirdlərə çatdırdı. Sonda 1918-ci il mart hadisələrindən bəhs edən geniş sənədli film təqdim olundu.
Mənbə:> AzNews.info