31 mart Azərbaycanlıların soyqırımı “Arzu və Murad”la yad edilib... » AzNews.info -Xəbər portalı

31 mart Azərbaycanlıların soyqırımı “Arzu və Murad”la yad edilib... – FOTO

31 mart Azərbaycanlıların soyqırımı “Arzu və Murad”la yad edilib...

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 31 mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib.

Teatrdan AzNews.info-ya verilən məlumata görə, tədbirdə teatrın uşaq və yeniyetmələrlə iş aparan təşkilatçı-pedaqoq, Əməkdar Artist Ötkəm İsgəndərov soyqırım haqqında danışaraq bildirib ki, 1918-ci ilin mart- iyul aylarında erməni quldur dəstələrinin Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı törətdiyi məqsədyönlü şəkildə həyata keçirdiyi soyqırımlar nəticəsində beş ay ərzində Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında 50 mindən çox soydaşımız böyük qəddarlıqla erməni faşizminin qurbanı olmuş, yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan olunmuş və evindən-obasından didərgin düşüb.
Ö.İsgəndərovun sözlərinə görə, 31 mart 1918-ci il soyqırımına siyasi qiymət ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” fərmanı ilə verilib. Hər il Azərbaycanın müxtəlif bölgələrində, idarə, təşkilat və müəssisələrində 31 mart Azərbaycanlıların soyqırımı ilə bağlı tədbirlər keçirilməkdə və soyqırım qurbanları anılmaqdadır.
Soyqırımda qətlə yetirilmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra gənc yazar Sevinc Elsevərin “Ürəyində arzu tut” pyesi əsasında hazırlanmış “Arzu və Murad” tamaşası nümayiş etdirilib. Səhnə əsərinin quruluşçu rejissoru Gülnar Hacıyeva, bədii rəhbəri, teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovdur.
Yeni səhnə əsərində əsas obrazları Əməkdar Artist Gülər Nəbiyeva, aktyorlar Səbinə Məmmədova, Güşvər Şərifova, Nuriyə Əliyeva, Anar Seyfullayev, Eşqin Quliyev, Vüsal Mehrəliyev, Kərəm Hadızadə, Elşən Şıxəliyev, İlham Əsədov ifa ediblər.

31 mart Azərbaycanlıların soyqırımı “Arzu və Murad”la yad edilib...
31 mart Azərbaycanlıların soyqırımı “Arzu və Murad”la yad edilib...
31 mart Azərbaycanlıların soyqırımı “Arzu və Murad”la yad edilib...
31 mart Azərbaycanlıların soyqırımı “Arzu və Murad”la yad edilib...
31 mart Azərbaycanlıların soyqırımı “Arzu və Murad”la yad edilib...
31 mart Azərbaycanlıların soyqırımı “Arzu və Murad”la yad edilib...

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *