İstiqlal Muzeyində "Açıq dərs" » AzNews.info -Xəbər portalı

İstiqlal Muzeyində "Açıq dərs" – FOTO

İstiqlal Muzeyində "Açıq dərs"


Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında 31 Mart Soyqırım gününə həsr olunmuş “Açıq dərs” keçirilmişdir.

Bu gün 31 Mart 1918-ci ildə xalqımıza qarşı törədilən soyqırımdan 98 il ötür. Əslində, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri genosid siyasətinin kökü tarixin dərinliklərinə gedib çıxır. Təxminən 200 il ərzində ermənilər azərbaycanlıların başına olmazın müsibətlər, faciələr gətirmiş, xalqımıza qarşı deportasiya və soyqırımı siyasəti həyata keçirmişlər.
AzNews.info-ya nazirlikdən verilən xəbərə görə, 2016-cı il martın 31-də Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında keçirilən “Açıq dərs”in mövzusu tarix boyu mərhələlərlə ermənilərin xalqımıza qarşı həyata keçirdikləri soyqırım siyasətidir. Hələ 1828-ci il Türkmənçay müqaviləsinin 15-ci maddəsinə əsasən, erməni əhalisinin İrandan Cənubi Qafqaza hərəkətinə icazə verildi. Tarix bunu göstərir ki, Azərbaycan torpaqları hesabına dövlət quran ermənilər tarixin bütün mərhələlərində xalqımıza qarşı qanlı əməlləri ilə yadda qalmışlar. Xüsusilə, onların 1905-1907-ci, 1947-1953-cü və 1988-1994-cü illərdə törətdikləri kütləvi qətliamlar, işğalçılıq siyasətləri bu qanlı əməllərin ən dəhşətli mərhələləri olmuşdur.
Bugünkü Açıq dərsdə Azərbaycan İstiqlal Muzeyinin əməkdaşları Hüseynova Pərvanə “Ermənilərin Azərbaycana köçürülməsi”, Quliyeva Arzu “1905-1907 və 1918-ci illər azərbaycanlıların soyqırımı”, Əliyeva Fəxriyyə “1948-53-cü illərdə azərbaycanlıların deportasiyası”, Babayev Ramazan “1988-1994-cü illər soyqırımı” mövzuları ilə çıxış etdilər, soyqırıma həsr olunmuş sənədli film nümayiş olundu.

İstiqlal Muzeyində "Açıq dərs"
İstiqlal Muzeyində "Açıq dərs"
İstiqlal Muzeyində "Açıq dərs"
İstiqlal Muzeyində "Açıq dərs"
İstiqlal Muzeyində "Açıq dərs"

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *