“Tariximizin faciəli səhifəsi” adlı tədbir təşkil olundu. – FOTO
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Zaur Məmmədov adına 171 saylı tam orta məktəbdə 31 mart - Soyqırımının 98-ci ildönümünə həsr olunmuş “Tariximizin faciəli səhifəsi” adlı tədbir təşkil olundu.
AzNews.info nazirliyə istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Milli Elmlər Akdemiyasının Tarix İnstitutunun doktorantı Ülvi Quliyev, kitabxananın əməkdaşları, fəal oxucuları, məktəbin müəllim və şagird kollektivi iştirak etdilər.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi və 31 mart - Soyqırım Şəhidlərinin, Azərbaycanın bütövlüyü uğrunda canlarını fəda etmiş bütün soydaşlarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasının əməkdaşlarının hazırladığı 31 mart - Soyqırım gününü əks etdirən təqdimat nümayiş olundu.
Tədbiri giriş sözü ilə Xətai rayon Mərkəzi Kitabxanasının əməkdaşı Gülzadə Quliyeva açaraq 31 mart - Soyqırımı haqqında ətraflı məlumat verdi və bu dəhşətli faciənin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu vurğuladı, sonra Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasının direktoru Oruc Quliyev, məktəbin direktoru Telman Qardaşov, doktorant Ülvi Quliyev öz çıxışlarında faciə haqqında iştirakçılara geniş məlumat verdilər.
Zaur Məmmədov adına 171 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə 31 mart - Soyqırımına həsr olunmuş “Tariximizin faciəli səhifəsi” adlı kompozisiya nümayiş etdirildi.
Sonda tədbir iştirakçıları “Tariximizin faciəli səhifəsi” adlı sərgiyə, fotostendə baxış keçirdilər.
Mənbə:> AzNews.info