UEFA Bakıda vurulmuş ən erkən qolun vaxtını açıqladı – VİDEO
UEFA “Qarabağ”la Çexiya “Slovan”ı arasında keçirilmiş Avropa Liqasının qrup mərhələsinin ilk tur matçındakı erkən qolun dəqiq vaxtını qeydə alıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, Avropa futbol qurumu qonaq komandanın futbolçusu Yan Sikoranın endirdiyi zərbəsinin 10.69-cu saniyədə tora daxil olduğunu açıqlayıb.
Bu, Avroliqada ən erkən qol olub. Əvvəlki rekord 2015-ci il martın 12-də “Vilyarreal”la görüşdə fərqlənmiş “Sevilya”nın futbolçusu Vitoloya məxsus idi.
Avropa Liqasının ən sürətli qolları:
10.69, Yan Sikora (“Qarabağ” – “Slovan” - 2:2) 15/09/2016
13.21, Vitolo (“Vilyarreal” – “Sevilya” - 1:3) 12/03/2015
15.19, İsmael Blanko (AEK - BATE - 2:2) 05/11/2009
16.88, Keyta Balde (“Ludoqorets” – “Latsio” - 3:3) 27/02/2014
18.18, Xuan Mata (“Valensiya” – “Brügge” - 3:0) 25/02/2010
19.19, Serxio Aquero (“Mançester Siti” – “Porto” - 4:0) 22/02/2012
15.09.2016
Futbol üzrə Avropa kuboklarında ən erkən qol rekordu yenilənib.
Oxu.Az xəbər verir ki, “Report”un məlumatına görə, bu, Bakının Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da “Qarabağ”la Çexiya “Slovan”ı arasında keçirilən ilk tur matçında qeydə alınıb.
10-cu saniyədə hesabı açan Yan Sikora qitəmiqyaslı turnirlərin tarixinə düşüb. O, təkcə Avroliqada deyil, avrokuboklarda ən sürətli qol müəllifinə çevirilib.
Bunadək Avropa Liqasında ən sürətli qol 2015-ci il martın 12-də İspaniyanın “Sevilya” və “Vilyarreal” klubları arasında keçirilmiş 1/8 final mərhələsinin ilk görüşündə vurulub. Həmin qolun müəllifi ispaniyalı yarımmüdafiəçi Peres Viktor (Vitolo) olub.
Avropa kuboklarında isə rekordun müəllifi Almaniya “Bavariya”sının sabiq hücumçusu Roy Makaya məxsus olub. O, 2007-ci il martın 7-də İspaniya “Real Madrid”i ilə Çempionlar Liqasının 1/8 final matçının 10-cu saniyəsində fərqlənib.
Mənbə:> Oxu.az