Bakıda Avropa kubokları tarixinin ən sürətli qolu vuruldu » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol, Video

Bakıda Avropa kubokları tarixinin ən sürətli qolu vuruldu – VİDEO

Bakıda Avropa kubokları tarixinin ən sürətli qolu vuruldu


Futbol üzrə Avropa kuboklarında ən erkən qol rekordu yenilənib.

AzNews.info xəbər verir ki, “Report”un məlumatına görə, bu, Bakının Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da “Qarabağ”la Çexiya “Slovan”ı arasında keçirilən ilk tur matçında qeydə alınıb.

9-cu saniyədə hesabı açan Yan Sikora qitəmiqyaslı turnirlərin tarixinə düşüb. O, təkcə Avroliqada deyil, avrokuboklarda ən sürətli qol müəllifinə çevirilib.

Bunadək Avropa Liqasında ən sürətli qol 2015-ci il martın 12-də İspaniyanın “Sevilya” və “Vilyarreal” klubları arasında keçirilmiş 1/8 final mərhələsinin ilk görüşündə vurulub. Həmin qolun müəllifi ispaniyalı yarımmüdafiəçi Peres Viktor (Vitolo) olub.

Avropa kuboklarında isə rekordun müəllifi Almaniya “Bavariya”sının sabiq hücumçusu Roy Makaya məxsus olub. O, 2007-ci il martın 7-də İspaniya “Real Madrid”i ilə Çempionlar Liqasının 1/8 final matçının 10-cu saniyəsində fərqlənib.


Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *